Putin Makrona bu dəfə Qarabağdan nələr

Rusiya prezidenti Vladimir Putin ötən gecə fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

Metbuat.az xəbər verir ki, Rusiya dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, söhbət Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin Makrona Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsindən danışıb. O, eyni zamanda Avropanı bölgədəki humanitar problemlərin həllinə cəlb etməyin zəruriliyinə diqqət çəkib.

“Vladimir Putin Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsindəki irəliləyiş barədə Makrona məlumat verdi. Bölgədəki vəziyyətin əsasən Rusiya sülhməramlılarının olması səbəbindən sabit qaldığı qeyd edildi. Normal iqtisadi fəaliyyətin qurulması, iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması üçün ilkin şərtlərin yaradıldığı bildirildi”,- deyə bəlumatda qeyd edilib.

"Rusiya Prezidenti hərbi əməliyyatların təsir etdiyi bölgələrin əhalisinin humanitar problemlərinin həllində avropalı tərəfdaşların və xüsusilə Fransanın daha yaxından iştirak etməsi tistəyinə də diqqət çəkib.(Modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR