Danimarka Bakıda Çexiyaya qalib gəldi -

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda 1/4 final mərhələsinin matçı keçirilib.

Metbuat.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan oyunda Çexiya və Danimarka millilərinin qarşılaşıblar.

Oyun Danimarka millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Danimarkanın heyətində qolları T.Dileyni (5-ci dəqiqə), K.Dolberq (42-ciu dəqiqə) vurublar, Çexiyanın yeganə qolunun müəllifi isə P.Şik (49-cu dəqiqə) olub.

Çempionatın yarımfinalına yüksələn Danimarka millisi bu mərhələdə İngiltərə-Ukrayna cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər matçında İtaliya və İspaniya üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2020 çərçivəsində Bakıda A qrupunun üç matçı keçirilib. İyunun 12-də ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0, iyunun 20-də İsveçrəyə 3-1 hesab ilə məğlub olub.

1/4 final mərhələsinə bu gün keçiriləcək İngiltərə - Ukrayna matçı ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR