Yol qəzasında 57 yaşlı kişi

Qazax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Qazax rayonununda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Həsənzadə Ucal Müzahid oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə rayon xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR