Bakıda gün vuranların sayı

İyunun 30-dan iyulun 5-dək günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardıma 9 nəfər müraciət edib.

Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, onlardan 1 nəfəri uşaq olub. Böyüklərdən isə 3 nəfəri hospitalizasiya edilib, 5 nəfərə yerində yardım göstərilib.

Yay mövsümü başlayandan Bakıda 28 nəfəri gün vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR