İran kriptovalyuta istehsal edən 7 ölkədən

İran kriptovalyuta istehsal edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə İran Elektrik İstehsalı və Paylama Şirkətinin tərkibindəki kripto pul istehsal mərkəzlərinin elektrik təchizatı vahidinin rəhbəri olan Məhəmməd Hudadadi Behlül, açıqlama verib. Behlül, ölkəsinin güzəştli elektrik tarifləri səbəbiylə Çin, Rusiya, ABŞ, Qazaxıstan, Kanada və İslandiya ilə birlikdə dünyada ən çox kripto pulu istehsal edən 7 ölkədən biri olduğunu və bunun yüksək elektrik istehlakına səbəb olduğunu söyləyib.

İran ən çox kripto pulu istehsal edən 7 ölkə arasındadır

Bu günə qədər İranda 196.233 icazəsiz kripto pul istehsal cihazını ələ keçirdiklərini izah edən Behlül, bu cihazların elektrik istehlakının 570 meqavatdan çox olduğunu və bunun üçün 800 meqavat gücündə bir elektrik stansiyası qurulmalı olduğunu deyib.

İran ən çox kripto pul istehsal edən 7 ölkə arasındadır

Bir bitcoin istehsalı üçün istehlak edilən elektrik enerjisinin 35 min ailənin istehlak etdiyi elektrik enerjisinə uyğun gəldiyini bildirən Behlül, ictimaiyyətdən icazəsiz kripto pulların istehsal olunduğu mərkəzləri xəbərdar etmələrini istəyib.

İran ən çox 3 saylı kripto pulu istehsal edən 7 ölkə arasındadır

İranda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi səbəbindən, prezident Həsən Ruhaninin 26 may tarixli əmri ilə ölkədə Bitcoin mədən işləri dayandırılıb. Bitcoin mədənçiliyinə qoyulan qadağa 22 sentyabr tarixinədək davam edəcək. Qeyd edək ki, 8 iyun tarixli açıqlamasında Ruhani, ölkədəki kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına və bu məkana sərmayə qoyan vətəndaşların kapitalının qorunması üçün lazımi addımların atılmasına çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR