Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, iyunun 1-dən iyulun 3-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 1087, tank əleyhinə 316 mina və 461 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 633 044 m² (563 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR