Arif Quliyevin məzar daşı qoyuldu -

Xalq artisti, mərhum aktyor Arif Quliyevin məzar daşı qoyulub.

Metbuat.az xəbər verir ki, bu haqda Moderator.az-a açıqlamasında Xalq artistinin gəlini Nəzifə Quliyeva bildirib.

“10 gün əvvəl cənab prezidentin tapşırığı ilə aidiyyatı qurum ailəmizlə əlaqə saxladı və bildirdi ki, nə lazımdırsa hər şey ediləcək. 10 gün içində məzar daşı hazırlandı, dəfn olunduğu ərazi ağ daşlarla dövrəyə alındı. Bu gün nəhayət ki, Arif müəllimin məzar daşı qoyuldu. Sağ olsun dövlətimiz, cənab prezidentimiz! Ailəmizin və sənət yoldaşlarının adından ona öz təşəkkürümü bildiririk” - deyə sənətkarın gəlini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR