Daha bir marşrutun hərəkət sxeminə dəyişiklik edildi

Sabahdan 162 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək Ramana yaşayış kompleksindən “Koroğlu” NMM-ə təşkil ediləcək.

Bu barədə məlumatı Metbuat.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq 162 nömrəli müntəzəm marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bununla da həmin ərazidə məskunlaşan vətəndaşların “Koroğlu” NMM-ə birbaşa çıxışı təmin olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR