Səmra Rəhimli narkotiki təbliğ edir? -

“Eurovision – 2016” təmsilçimiz Səmra Rəhimlinin bu gün təqdim etdiyi “Azn” adlı yeni klipi müzakirələrə səbəb olub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, ifaçının yeni ekran işində açıq-saçıq görüntülər və narkotikdən istifadəyə dair şübhəli məqamlar yer alıb.

Bundan əlavə, klipdə Səmranın açıq-saçıq geyimdə Azərbaycanın tanınmış şairi Mirzə Ələkbər Sabirin portreti önündə çəkdirdiyi şəkil sosial şəbəkələrdə tənqid olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR