Koronavirus peyvəndi qadınları "fiquraya salır" -

Onlarla Norveçli qadın, Amerika peyvəndi Pfizer ilə koronavirusa qarşı vaksin olunandan sonra sinələrinin böyüməyə başladığını bildiriblər.

Metbuat.az Norveç KİV-nə (NRK) istinadən xəbər verir ki, Oslodan olan 17 yaşlı Emma, sosial şəbəkələrdə peyvəndin yan təsiri səbəbindən bir ölçülü daha böyük bir büstqalterə ehtiyac olduğunu yazıb. Vəziyyət ilə bağlı Doktor Heinrich Backmann bildirib ki, peyvəndin təsiri, böyük ehtimalla limfa düyünlərinin genişlənməsi ilə əlaqəlidir. Onun sözlərinə görə, bu, çox güman ki, bi vəziyyət müvəqqəti olaraq baş verir.

Norveç Tibb Agentliyinin sözçüsü Steinar Madsen də bu fenomenin qısa müddətli bir xarakter daşıdığını qeyd edib. O, bəzi amerikalı qadınların da bu yan təsir barədə məlumatlı olduğunu deyib. Qeyd edək ki, vaksin olunan qadınların təxminən 10 faizində, ilk peyvənddən sonra limfa düyünləri böyüməyə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR