Ən populyar brend hansıdır?

Ən populyar brend hansıdır?
20:05 18 Yanvar 2015
257 Maraqlı
Ölkə mətbuatı
A- A+

YouGov BrandIndex agentliyi ən populyar brendlərin reytinqinin yeni redaksiyasını hazırlayıb. 2014-cü ilin nəticəsinə görə, Apple şirkəti ilk onluğa geri qayıdıb.
 
YouGov BrandIndex ABŞ-ın təxminən 1,5 milyon həddi-buluğa çatmış sakini arasında keçirilmiş sorğunun nəticələrinə əsaslanaraq brendin bəyənilmə səviyyəsini ölçür. İnsanlar müəyyən brendlər haqda suallara cavab verib və son iki həftə ərzində şirkət haqqında eşitdikləri pis və yaxşı xəbərlər haqda danışıblar. +100-dən -100-dək qiymətləndirmə qoyulur.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ildə Apple 22,6 bal toplayaraq siyahının altıncı pilləsində yerləşib. iPhone və iPad istehsalçısı Amazon (1-ci yer; 29,7 bal), YouTube (2-ci; 26,3) və Samsung (5-ci; 24,6) kimi texnologiya brendlərindən geri qalıb. Google korporasiyası siyahının 7-ci pilləsində qərarlaşıb.
 
YouGov BrandIndex şirkətinin direktoru Ted Marzili deyib ki, statistika nöqteyi-nəzərindən 1 faiz fərq belə əhəmiyyətlidir. Amma biz 1500 brendi izləyirik, ona görə bilmək lazımdır ki, top-10 bazarın qaymağıdır – o deyib.
 
İki il əvvəl YouGov BrandIndexin versiyasına görə, Apple şirkəti on ən populyar brend sırasında yer almayıb, 2011-ci ildə şirkət 10-cu yeri tutub.
 
Marzili deyib ki, Appleın müsbət nüfuzunu əsasən şirkətin fanatları təmin edir. Həmçinin alma şirkətini tənqid edənlər də az deyil.
 
Məsələn, ekspertlər bildiriblər ki, sorğu nəticəsində məlum olub ki, istifadəçilər iOS 8.0.1 proqram yeniləməsi və iCloudun hər bir hesabında U2 qrupunun pulsuz musiqi albomunun olmasından narazıdırlar. iPhone 6 və iPhone 6 Plus smartfonları sayəsində Apple müsbət rəy alıb.
 
İnsanların bir çoxu Google şirkətinin öz xidmətlərini ödənişsiz təklif etməsini bəyənir, amma bəzi istifadəçilər şəxsi informasiyanın toplanılmasından şikayətlənib.
 
İT sahəsində Microsoftun öz rəqiblərindən xeyli geri qalmasını qeyd etmək lazımdır. 2014-cü ildə proqram nəhəngi YouGov BrandIndex reytinqində 121-ci pillədə yerləşib ki, bu da 2013-cü illə müqayisədə 21 pillə yuxarıdır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR