"Şimal Axını-2" üçün bütün inşaat icazələri

"Şimal Axını-2" qaz kəmərinin inşası üçün bütün icazələr verilib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Almaniya Federativ Respublikasının İqtisadiyyat Nazirliyi bildirib. Alman İqtisadiyyat Nazirliyinin sözçüsü Brete Baron deyib ki, inşaat ilə bağlı bütün icazələr uzun müddətdir ki, təsdiqini tapıb. Səlahiyyətlilər, Almaniyanın layihə ilə əlaqədar mövqeyinin dəyişməz olduğunu vurğulayıblar.

İyul ayının əvvəlində "Şimal Axını 2 AG" in (Nord Stream 2) rəhbəri Matias Varning söyləyib ki, müəssisədəki işlərin yekunu 2021-ci il avqust ayının sonuna planlaşdırılır. Layihədə 98 faiz işlər yerinə yetirilib. O, Ukraynadan keçən qaz tranzitinin 2024-cü ildən sonra Avropaya qaz tədarükü yollarından biri olacağına da inandığını bildirib.

Qeyd olunur ki, başlanğıcda Nord Stream 2-nin tanıtımı 2019-cu ilin sonuna planlaşdırılırdı, lakin ABŞ-ın sanksiyaları səbəbindən bir neçə dəfə təxirə salınmalı oldu. İyun ayında Rusiya Prezidenti Vladimir Putin boru kəmərinin ikinci qolunun tamamlanmasının bir iki aya baş verəcəyini bəyan etmişdi.

Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR