Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başladıldı

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. C.Nuriyev barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, C.Nuriyev 10 ildən artıq Pirəbədil bələdiyyəsinin sədri olub


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR