DJ Fateh “Pantural”ı müdafiə edən izləyicini belə susdurdu -

Xəbər verdiyimiz kimi, özünü “Pantural” kimi təqdim edən Tural Səfərov ictimai yerlərdə qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Metbuat.az xəbər verir ki, “Pantural”ın çağırışı qısa müddətdə cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Məsələ geniş auditoriyanın marağında olduğu üçün mövzu “İctimai radio” “Manpası” proqramında da müzakirəyə çıxarılıb.

Radionun direktoru və radioverilişin aparıcısı DJ Fateh “Pantural”la bağlı izləyicilərin mövqeyini öyrənib. Elə bu vaxt ortaya maraqlı dialoq çıxıb.

Efirə bağlanan Cavid adlı şəxs “Pantural”a haqq qazandırmağa çalışıb:

“Doğruları deyir. Sadəcə, emosional deyir deyə, müəyyən ifadələr işlədir deyə üzr videosu çəkib. Əlbəttə ki, doğru deyir. O cür geyinmək olmaz”.

İzləyicinin mövqeyi aparıcını özündən çıxarıb.

“Kimin ixtiyarı var ki, o cür geyinmək olmaz desin? Əgər sən rahatlıqla o cür geyinmək olmaz deyirsənsə, icazə ver, mən də deyim, bu cür düşünmək də olmaz. Belə düşünmək və bunu radioda milyonlarla dinləyiciyə təbliğ etmək olmaz. Sənə danışmaq olmaz. Sən danışanda məni qıcıqlandırır bu. Şortik getinən qadınların hiss etdiyini hiss et. Bu, səni də qıcıqlandırsın. Zəng edə bilərsən, ama danışmaq olmaz sənə. “Sus” deyirəm sənə”, - DJ Fateh izləyicini susdurub.

Xatırladaq ki, dünən sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.

Həmin şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı ““harada açıq-saçıq q****q gördüz, zorlayın” adlı çağırış edirəm” deyə şərh yazıb.

70 min izləyicisi olan bloqer daha sonra “Pantural üzr istədi” adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb.

Daha sonra isə o, polis idarəsində vətəndaşlardan üzr istəyib.

Qeyd edək ki, özünü “Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, "KOMA" filminin müəllifidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR