Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasının

Bu gün Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasından bir il ötür.

Metbuat.az xəbər verir ki, hər iki yüksəkrütbəli hərbçi 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı ön xəttdə qəhrəmancasına şəhid olublar. Həmin gün daha 3 hərbçimiz şəhid olur.

Bununla da Polad Həşimov Azərbaycanın şəhid olan ilk general rütbəli hərbçisi oldu.

Genralın xatirəsi Bakıda, Sumqayıtda və Qəbələdə əbədiləşdirilərək küçələrə verilib. Bundan əlavə, Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

5 gün davam edən Tovuz döyüşləri Azərbaycanın qələbəsi ilə yekunlaşır və döyüşlər zamanı Azərbaycan Ordusunun 12 hərbçisi şəhid olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR