Qatarlar yenə hərəkətə gəldi

Qatarlar yenə hərəkətə gəldi
20:27 18 Yanvar 2015
179 Dünya
Ölkə mətbuatı
A- A+

Şənbə günü baş verən yanğın nəticəsində hərəkəti dayanan yüksək sürətli Eurostar qatarlarının fəaliyyəti qismən bərpa olunub.

Milli.Az BBC-yə istinadən bildirir ki, Fransanın Calais şəhərilə Britaniyanın Dover şəhəri arasında işləyən və La Manş boğazının altından keçən qatarlar şənbə günü, sualtı tuneldə tüstülənmə qeydə alındıqdan sonra dayandırılmışdı.
 
Bazar günü London St Pancras stansiyasından ilk Eurostar qatarı səhər saat 08:19-da (Bakıda 12:19) çıxıb.
 
Lakin Eurotunnel tunelinin yalnız bir hissəsinin açıq olduğuna görə Eurostar xəbərdarlıq edib ki, 30-60 dəqiqə arasında gecikmələr olacaq.
Məlumatlara görə, tüstü tunelin Fransaya yaxın olan hissədə yük qatarında baş verimiş yanğına görə əmələ gəlibmiş.
 
Tüstünü qeydə almış elektron sensorlar isə avtomatik olaraq yanğın siqnalizasiyasını işə salaraq tuneldəki nəqliyyatın hərəkətini dayandırıb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/51108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR