x
Loading...
.

Əliyevin Zəngəzur bəyanatı İRƏVANI SİLKƏLƏDİ: “Azərbaycanın qarşısını ruslar da ala bilməz”

Prezident İlham Əliyevin iki gün öncə, 14 iyul 2021-ci il tarixində etdiyi “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var” açıqlamasından sonra, Ermənistan siyasi arenası və KİV-də əməlli-başlı hay-küy yaşanıb desək yanılmarıq.

Metbuat.az-ın məlumatına görə, bu barədə “Hayastan” qəzeti yazır ki, “Azərbaycan lideri artıq açıq şəkildə bildirdi ki, Sünik (Zəngəzur) sərhədlərində Rusiya Silahlı Qüvvələrinin hissələrinin olması onun üçün heç bir əhəmiyyət daşımır, bu addımı atacağı təqdirdə qaçılmaz olaraq şimal qonşusu ilə hərbi qarşıdurmaya girəcəyindən narahat deyil. Bu açıqlama yalnız bir şeyi sübut edir: Azərbaycan tamamilə Türkiyənin təsiri altındadır və onu təhlükəsizliyinin müstəsna qarantı hesab edir” deyə “Hayastan” bildirib.

“Hrparak” nəşri isə Paşinyanın dünən etdiyi açıqlamadan sitat gətirərək məlumat verib ki, “Nikol Paşinyan iyulun 16-da hökumətin iclasına Əliyevin Ermənistanın suverenliyini təhdid etməsindən şikayətlənərk və Ermənistanın suverenliyini bütün mümkün və qeyri-mümkün vasitələrlə müdafiə edəcəyini bildirib. Nəşr Paşinyanı tənqid edərək qeyd edir ki, “Qarabağı təhvil verən, Azərbaycan qoşunlarının Qara Göldə və Geğarkunikdə yerləşməsi ilə barışan, Syunik və ya onun bir hissəsini təhvil verməyə hazırlaşan bir adamdan belə bir vəd eşidib inanmaq çətindir”.

Erməni KİV-i “Aysor.am”ın məsələyə münasibətinə görə, Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın bölgədə sülh yaratmaq istəməməsi ilə bağlı açıqlamasını təkzib edib. Nəşr qeyd edir ki, Paşinyan daxili auditoriyaya mesajında, Ermənistanın suverenliyini qorumaq üçün hər şeyi edəcəyini bildirib.

“Paşinyanın Qarabağ nizamlanması üzrə sülh danışıqlarını bərpa etməyə hazır olduğunu deyir. Yenə də aktyorluq edən Baş nazirin, Rusiyanın köməyindən və KTMT mexanizmlərindən istifadə edərək bütün mümkün və qeyri-mümkün vasitələrlə Ermənistanı qorumaqla bağlı vədlər verməsi, xalqı inandırmaqdan və zaman qazanmaqdan başqa bir şey deyildir”deyə “Aysor.am” yazıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR