Qadın dərdini danışdı: "Ərim yuxuda mənə təcavüz edir" - FOTO

Qadın dərdini danışdı: "Ərim yuxuda mənə təcavüz edir" - FOTO
20:32 18 Yanvar 2015
514 Maraqlı
Ölkə mətbuatı
A- A+

İngiltərənin Leçesterşir qraflığındakı Melton Moubrey şəhərciyində yaşayane 26 yaşlı Sara Tetlinin dediyinə görə, yuxuda olanda əri ona 300 dəfə təcavüz edib.

Milli.Az Metro-ya istinadən bildirir ki, Saranın sözlərinə görə, yatanda əri ona təcavüz etməklə kifayətlənməyərək, bu anları videolarını da çəkibmiş.
 
"18 yaşım olanda barda Çarli Tetli ilə tanış oldum. Bir-birimizi sevdik, evləndi. Çarli məndən 8 yaş böyük idi. Arzularımdakı eşqi tapdığımı düşünürdüm. Lakin sonradan həyatım kabusa döndü. Gecələrdən birində yuxudan ayılanda gördüm ki, ərim mənə təcavüz edir. Bunu kameraya da çəkirdi. Ərim işə gedəndən sonra polisə şikayətləndim", - Sara Tetli deyib.
 
Polis Çarlini saxlayıb, onun noutbkunnu, videokamerasını və Xbox konsolunu müsadirə edib.
 
Həmin cihazlarda Çarlinin arvadına təcavüz etdiyi anların əks olunduğu 300-dən artıq video tapılıb.
 
Məhkəmənin qərarı ilə Çarli Tetli 12 il müddətinə azadlıqdan məhrum olunub. 4 yaşlı qızın anası Sara isə ərindən boşanıb.
 
Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR