Məşqçi qələbəyə görə cəzalandı

Məşqçi qələbəyə görə cəzalandı
20:42 18 Yanvar 2015
136 İdman
Ölkə mətbuatı
A- A+

Kaliforniya məktəbinin basketbol məşqçisi 161-2 hesabı ilə qələbə qazandığına görə iki oyunluq qadağa ilə cəzalandırılıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, Arroyo Valley High məktəbinin qız komandası Bloomington High məktəbinə qarşı oyunun birinci yarısında 104-1 hesabı ilə irəlidə olub. Məşqçi Michael Anderson sürətini azaltmadığına görə cəza alıb.
 
Anderson San Bernardino Sun qəzetinə deyib: "Oyun nəzarətimdən keçdi, heç gözləmirdim ki onlar bu qədər pis oynayacaqlar. Oyunun ikinci yarısında [ən yaxşı oyunçularım] oynamırdı".
 
Məğlub edilən Bloomington High məşqçisi Dale Chung deyib ki, Anderson "səhv etdiyini bilir".
 
Chung-un sözlərinə görə, Arroyo Valley oyunun əvvəlindən rəqib komandanı səhv etməyə təzyiq edən strategiyadan istifadə edib.
"Adamların mənim komandaya yazığı gəlməsin", Chung deyib. "Onun komandasına yazığınız gəlsin ki, onlar oyunu düzgün oynamağa öyrənmirlər".
 
Anderson iki matçlıq qadağaya görə oyunların birini artıq buraxıb. Buraxdığı oyunda onun komandası nisbətən təvazökar 80-19 hesabı ilə qalib gəlib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/50839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR