Küləkli hava səbəbilə dənizdə çimmək qadağan edildi -

Türkiyənin bəzi ərazilərində güclü külək səbəbilə dənizə girmək qadağan edilib.

Metbuat.az xəbər verir ki, güclü külək səbəbilə xüsusilə İstanbulun Şilə və Sariyer rayonları həmçinin Kocaeli vilayətinin Kandıra rayonu sahillərində hündür dalğalar var. Bu bölgədəki çimərliklərdə insanların dənizə girməsinə qadağan qoyulub.

Məlumata görə, əlverişsiz hava şəraitinə baxmayaraq səhər saatlarında dənizdə çimən 3 nəfər boğulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR