x
Loading...

Ümidlərin üstündən xətt çəkildi: Bədbin xəbəri dünyaya elan etdilər - “Təəssüflər olsun ki..."

"Koronavirus pandemiyası yaxın zamanda bitməyəcək. Bir sıra Avropa ölkəsində yoluxmaların sayında ciddi artım müşahidə olunur".

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə açıqlamasında deyilir.

“Təəssüf ki, regionumuzun bir çox ölkəsində yüksək keçicilik qabiliyyətinə malik “delta'” variantının yayılması ilə əlaqədar yoluxma sayında əhəmiyyətli artım müşahidə edirik. Virusun yayılmasının qarşısını almaq üçün ayıq olmalı və sağlam düşüncə ilə hərəkət etməyə davam etməliyik. Bu, fürsət düşən kimi tam vaksinasiya kursundan keçmək, eləcə də məsafəni qorumaq, əlləri yumaq, izdihamlı yerlərdən yayınmaq və ehtiyac olan yerlərdə maska taxmaqdır. Bunları lokdaunun qarşısını almaq üçün tədbir kimi düşünməliyik, çünki bunlar cəmiyyətin əhəmiyyətli hissəsinə lokdauna ehtiyac olmadan xəstəliyin yayılmasının qarşısını almağa yardım edə bilər”.

ECDC və ÜST vaksinasiyanın sürətlə tətbiq olunmasını tövsiyə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR