x
Loading...

Bakıda DƏHŞƏTLİ QƏZA - Yük maşını 2 avtomobili əzib mağazaya GİRDİ/VİDEO

Bu gün səhər saatlarında paytaxt Bakıda avtovağzal yaxınlığında yol qəzası baş verib. Belə ki, qum daşıyan yük avtomobili işıqforda dayanan minik avtomobilinə çırpılıb. Daha sonra hər iki nəqliyyat vasitəsi yaxınlıqdakı motosiklet mağazasına girib. Minik avtomobilinin sürücüsü ağır yaralanıb, mağaza sahibinə külli miqdarda ziyan dəyib. Biləsuvar rayonunda isə ölümlə nəticələnən yol qəzası baş verib.

Yük maşını mağazaya girdi. Yük maşını əvvəlcə işıqforda gözləyən minik avtomobilini vurub. Sonra isə hər iki maşın yaxınlıqdakı obyektə girib.

Ərazidə yaşayan vətəndaşların sözlərinə görə, avtomobil yavaş sürətlə hərəkət edib. Lakin sürücünün əyləcində yaranan problem qəzaya səbəb olub.

Motosikletlərin təmirini və satışını həyata keçirən mağaza sahibi bildirir ki, şənbə günü mağaza biraz gec saatda açılır. Həmin vaxt işçilərdən heç biri mağazada olmayıb. Lakin onların malına, mağazanı kirayə verən şəxsə külli miqdarda zərər dəyib.

Yol Nəqliyyat hadisəsi üzrə inspektor Şəhriyar Həsənlinin sözlərinə görə, hadisə zamanı xəsarət alan olduğu üçün material toplanaraq Binəqədi rayon polis idarəsinin tədqiqat şöbəsinə göndəriləcək.

Biləsuvar rayonunda isə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Nəsimikənd kəndindi ərazisində qeydə alınıb. Belə ki, Biləsuvar rayon sakini Əliyev Bayram Hazarxan oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Ağayrı kənd sakini, 68 yaşlı İxtiyar Qurbanovu vurub.Yaralı xəstəxanaya çatdırlarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.(xəzərxəbər)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR