x
Loading...
.

Hacıqabulda 28 yaşlı gənc intihara cəhd edib

Hacıqabul sakini intihara cəhd edib.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun II Tava kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Sadıqov Əlabbas Etibar oğlu intihar etmək məqsədi ilə sağ qolunu doğrayıb.

Vaxtında müdaxilə edilib və qolunun kəsilmiş-deşilmiş yarası ilə Ə. Sadıqov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Ə. Sadıqovun sərxoş vəziyyətdə özünə qəst etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR