İngiltərədə qadın əsgərlərlə bağlı cinsi istismar hesabatı yayımlandı

İngiltərə ordusunun “qadın əsgərləri qoruya bilmədiyini” ortaya qoyan hesabat yayımlanıb.

Metbuat.az xəbər verir ki, parlamentin hesabatına əsasən, silahlı qüvvələrdəki hər üç qadından ikisi karyerası ərzində zorakılığa, cinsi istismara və ayrı-seçkiliyə məruz qalır.

Parlamentdə orduda məruz qaldıqları hadisələri danışan keçmiş və indiki qadın heyət üzvlərinin 62 faizi “qəbuledilməz davranışlarla” üzləşdiklərini deyiblər.

Cinsi təklifləri rədd etdikləri üçün necə zorakılığa məruz qaldıqlarını bildirən bəzi qadınlar kişi qrupları tərəfindən hücumlarla üzləşdiklərini, ancaq bunu bildirməkdən qorxduqlarını deyiblər.

Bildirilib ki, qadınların cinsi təcavüzə məruz qalması ehtimalları kişilərdən 10 dəfə çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR