Səhiyyə sahəsində əzmlə çalışan, peşəkar həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Xatirə Şirəliyeva artıq uzun illərdir həm kosmetologiya, həm də trixologiya sahəsində öz imzasını atıb.
Rəhbərlik etdiyi Mərkəzin baş həkim trixokosmetoloqu Xatirə Şirəliyeva 10 ilə yaxındır ki, apardığı müalicə və qazandığı uğurlu nəticələrlə pasiyentlərin etibarını və rəğbətini qazanıb.
Həkim Xatirə Şirəliyeva dəfərlərlə xarici ölkələrdə keçirilən bir çox konfrans və tədbirlərdə iştirak edərək böyük təcrübə toplayıb, diplom və mükafatlarla təltif olunub. Beynəlxalq təcrübəyə yiyələnən peşəkar həkim hazırda öz sahəsində yeni müalicə üsulları tətbiq edərək yüksək nəticələr əldə edir. Bu yaxınlarda isə uğurlu fəaliyyətə və trixokosmetologiya sahəsində gördüyü işlərə görə "Reputation Inc" şirkətinin təşkilatçılığı ilə baş tutan beynəlxalq "Golden Palm Awards" layihəsində mükafatına layiq görülüb.