"İncil"ə hörmətsizlik edən anasını və qardaşını

ABŞ-ın Texas ştatının El-Paso şəhərindən olan 40 yaşlı Filip Mills anasıyla qardaşını müqəddəs "İncil" kitabına hörmətsizlikdə ittiham edərək onların olduğu evi yandırıb.

Metbuat.az xəbər verir ki, Filip 82 yaşlı anası Annet Millsə məxsus olan evə benzin tokərək yandırıb. Filipin həmin vaxt evdə olan 54 yaşlı qardaşı Pol hadisə nəticəsində ölüb, yaşlı anası isə kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yanğın törətməkdə və qətldə ittiham olunan Filip saxlanılıb.

Polisdən verilən məlumata görə, o, ailə üzvləri sağ çıxsa, onları daşlamaq üçün yanan evin qarşısında əlində iri daşlar tutaraq gözləyib.

Dindirilmə zamanı Mills cinayəti etiraf edərək qohumlarını "İncil"ə əməl etmədikləri üçün öldürmək qərarına gəldiyini bildirib. Ona anasının sağ qaldığı barədə məlumat veriləndə isə, Filip gülərək, cəhdin uğursuz olduğunu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR