x
Loading...

Ermənistandan açıqlama: Azərbaycanla razılığa gəldik

ErmənistanAzərbaycan Rusiyanın vasitəçiliyi ilə atəşkəs məsələsində razılığa gəlib”.

Metbuat.az Sputnik Armenia portalına istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi belə məlumat yayıb. Məlumata görə, 10:00-dan etibarən tərəflər atəşkəsin elan edilməsi məsələsində razılaşıb. Açıqlamada bildirilir ki, hazırda sərhəddə vəziyyət nisbətən sakitdir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də məsələ barədə açıqlama yaymışdı. Bildirilib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib. Buna baxmayaraq Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR