x
Loading...

"Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırdı

Azərbaycan çempionu “Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Samir Abasovun yetirmələri Yunanıstan “Olimpiakos”unu qəbul edib. Paytaxt təmsilçisi “Bakcell Arena”dakı matçı səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq arzusu ilə başlayıb.

Lakin “Neftçi” ev oyununda da uduzaraq qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Belə ki, 15-ci dəqiqədə isə Mamadu Mbocun kobud səhvindən sonra qonaqlar hesabı açıblar. Pirey təmsilçisinin heyətində Giorqos Masuras fərqlənib.

Qeyd edək ki, bu qarşılaşmalardan sonra “Olimpiakos” Çempionlar Liqasının, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yollanıb. Paytaxt təmsilçisi vroliqanın 3-cü təsnifat mərhələsində Finlandiya çempionu HİK ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR