Britni Spirsin eşqi Əfqanıstanda vuruldu

Britni Spirsin eşqi Əfqanıstanda vuruldu
21:12 18 Yanvar 2015
352 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur müğənni, amerikalı Britni Spirsin sabiq sevgilisi Con Sandal Əfqanıstanda həlak olub.
 
Milli.Az New York Daily News-a istinadən bildirir ki, 44 yaşlı helikopter pilotu Kabil səmasında uçuşda olarkən vurulub.
"Taliban"ın mücahidləri yerə düşmüş helikopterdə yaralı olan C.Sandalı güllələyiblər.
 
C.Sandal Əfqanıstanda məmurların daşınması ilə məşğul olurdu.
O, Los-Ancelesdə dəfn olunub.
 
"Britni qəmdədir, pərişandır. O, "eşqim" dediyi insanın ölümünə çox kədərlənir", - Britni Spirsin rəfiqələrindən biri deyib.
Britni Spirs və Con Sandal 2007-ci ildə Los-Ancelesdə, anonim alkoqoliklər kursunda tanış olmuşdular.
 
Spirs sonralar deyirdi ki, məhz Sandalın sayəsində əyyaşlıqdan qurtula bilib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/50855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR