x
Loading...
.

Bu yollarda tıxac var - SİYAHI

Paytaxt yollarındakı vəziyyət açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

1. Bakı - Sumqayıt şossesi - (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, "20 Yanvar" dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur)

2. Afiyəddin Cəlilov küçəsi - (Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində) sıxlıq

3. Yavər Əliyev küçəsi - (Aeroport şossesinə çıxan yol) sıxlıq

4. Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən, Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində) sıxlıq

5. Binəqədi şosesi - (Əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində) sıxlıq

6. Ziya Bünyadov prospekti - Əsas yol - (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, "20 Yanvar" dairəsi istiqamətində) sıxlıq

7. Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə olan hissəsindən başlayaraq, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR