x
Loading...

Bu ilin 6 ayı ərzində ölkəyə ixrac olunan malların SİYAHISI AÇIQLANDI

2021-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir.

2021-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (123.6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı ikinci (121.9 milyon ABŞ dolları), qızıl isə üçüncü (107.9 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-iyun ayları ərzində Rusiyaya 403,8 milyon, Türkiyəyə 309,5 milyon, İsveçrəyə 117,6 milyon, Gürcüstana 80,2 milyon və ABŞ-a 30,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-cu ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (124.4 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (54.5 milyon ABŞ dolları) və İsveçrə üçüncü (26.5 milyon ABŞ dolları) olub.

2021-ci ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (36.6 milyon ABŞ dolları) birinci, albalı və gilas (29.3 milyon ABŞ dolları) ikinci və qızıl (20.5 milyon ABŞ dolları) üçüncü olub.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR