x
Loading...

Satış üçün ƏN GƏLİRLİ Smartfon

"Huawei Mate 40 Pro +" satış sonrası ən gəlirli smartfon olduğunu sübut edib.

Metbuat.az xəbər verir ki, bu barədə Çində nəşr olunan "MyDrivers" məlumat yayıb. Reytinq araşdırması, istifadə olunan cihazların dəyərinin qorunmasını qiymətləndirən "Huishoubao" şirkəti tərəfindən aparılıb. 2020-ci ilin sonunda zirvədə 76.68 əmsal almış flaqman "Huawe"i rəhbərlik edib. İkinci yerdə 75.73 xalla "iPhone 12 Pro" qərarlaşıb. İlk üçlüyü 71.11 əmsallı "Huawei Mate 40 Pro" tamamlayır. Dördüncü yeri başqa bir "Huawei" flaqmanı - P40 Pro + modeli tutub. İlk 4-lüyün sonuncusu "iPhone 12 Pro Max"dır.

"Huishoubao"nun ilk onluğuna görə, "Huawei" smartfonları yenidən satış baxımından ən gəlirli smartfonlardır. Maraqlı məqam odur ki, Samsunq cihazları ilk onluğa daxil olmayıb. Təkrar bazarda Koreya şirkətinin ən çox üstünlük verdiyi cihaz "Galaxy Note 20 Ultra"dır. O reytinq araşdırmasında 12-ci yeri tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR