Gözəllik müsabiqəsində selfi qalmaqalı

Gözəllik müsabiqəsində selfi qalmaqalı
21:17 18 Yanvar 2015
371 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Mayami şəhərində keçiriləcək "Miss Kainat" gözəllik müsabiqəsinə hazırlıq zamanı çəkilmiş foto böyük qalmaqal yaradıb.
 
"Miss Livan" və "Miss İsrail"in birgə selfi həkillərinin İnstagram-da yayılması livanlı ərəbləri hiddətləndirib.
 
Milli.Az The Daily Telegraph-a istinadən bildirir ki, fotonu "Miss İsrail" Doron Matalon yayıb. Fotoda o, Sloveniya, Yaponiya və Livanın gözəllik müsabiqələrinin qalibləri ilə birlikdədir.
 
"Miss Livan" Sali Qreyc deyib: "Matalon kadra heç bir dəvət olmadan soxuldu və selfini qalmaqala çevirdi. ABŞ-da olan ilk gündən bəri Matalon mənimlə foto çəkdirmək istədiyini deyir, zəhləmi tökürdü. Ondan nə qədər uzaq durmağa çalışsam da, niyyətinə çatdı".
 
Livanda isə Sali Qreycin "Miss Livan" titulundan məhrum edilməsi istənilir.
 
Milli.Az
 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/50829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR