x
Loading...
.

Azərbaycanda bələdiyyə sədri qumar oynadığına görə CƏRİMƏLƏNDİ

Azərbaycanda bələdiyyə sədri qumar oynadığına görə cərimələnib.

Metbuat.az Unikal.org-a istinadən xəbər verir ki, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Camaləddin Müzafəddin oğlu Nuriyev İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə (Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə) cərimələnib.

Yazılan protokol baxılması üçün Şabran rayon məhkəməsinə göndərilib. İşə hakim Çingiz İsgəndərovun sədrliyi ilə baxılacaq.

Onu da qeyd edək ki, sözügedən xətanı törədən şəxslər oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Nəzərinizə çatdıraq ki, bir müddət öncə C.Nuriyevə Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi də açılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR