x
Loading...

Türkiyədə xalq səfərbər oldu: "Canımızı yandırırlar amma söndürəcəyik"

Türkiyənin 21 rayonunda baş verən yanğın ocaqlarının söndürülməsi ilə bağlı işlər davam edir”.

Metbuat.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdemirli açıqlama verib. O bildirilib ki, Manavgat rayonunda baş verən yanğınlar zamanı 34 məhəlləyə zərər dəyib. Marmarisdə alovun qarşısının alınması istiqamətində işlər davam edir. Mersində isə 5 məhəllənin sakinləri təxliyə edilib. Onun sözlərinə görə, Adana, Antalya, Muğla, Mersin və Osmaniya şəhərləri başda olmaqla 21 bölgədə baş verən 63 yanğın ocağından 42-si nəzarət altına alınıb. 21 məntəqədə yanğın davam edir:

“Bu mübarizədə başda meşə qəhrəmanlarımız olmaqla bütün xalq bütün gücü ilə gələcəyi üçün savaşır. Canımızı yandırırlar amma söndürəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR