Suriyada toqquşma: Hərbçilər əsir götürüldü

Suriyanın Dəra bölgəsində müxalif qüvvələrlə ordu arasında toqquşma baş verib.

Metbuat.az xəbər verir ki, tərəflər arasında əldə edilən razılığa əsasən bölgə sakinləri silahlarını rejim qüvvələrinə təhvil verib. Lakin ardınca rejim qüvvələri sözünə əməl etməyərək qəfil hücuma keçib.

Cavab əməliyyatı keçirən müxaliflər 22 məntəqəni ələ keçirib. Aralarında iranlı hərbçinin də olduğu 70 əsgər girov götürülüb. Toqquşmalar zamanı hər iki tərəf itkilər verib. 15 mülki vətəndaş həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR