x
Loading...

UEFA Avropa Super Liqası ilə bağlı məhkəməni uduzdu

UEFA Avropa Super Liqasının təşkili ilə bağlı məhkəməni uduzub.

Metbuat.az-ın məlumatına görə, bu barədə İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" klubunun ortaq bəyanatında bildirilib.

Qeyd olunub ki, qitə futbol qurumu bu səbəbdən təsisçi komandalara tətbiq olunan sanksiyaları ləğv etmək məcburiyyətində qalıb.

Məhkəmə 3 klubla bağlı intizam işinə son qoyulmasına, həmçinin digər 9 komandanın cərimə və məhdudiyyətlərinin aradan qaldırılmasına qərar verib.

"Məhkəmə Superliqanın təsisçilərinin mövqeyini təsdiqləyib və qəbul olunmuş qətnaməyə əməl edilməməsinin maliyyə sanksiyalarına və cinayət məsuliyyətinə səbəb ola biləcəyini vurğulayıb. UEFA-ya yenidən xəbərdarlıq edilib. Bundan əlavə, işə Avropa Birliyinin Lüksemburqakı məhkəməsi baxacaq. Görüşün mövzusu UEFA-nın Avropa futbolunda inhisarçı mövqeyinin müzakirəsi olacaq", - bəyanatda bildirilib.

Həmçinin üç klub UEFA-nın Avropa futbolundakı inhisarçılığının oyuna zərər verdiyini və Superliqa layihəsinə sadiq qaldıqlarını açıqlayıblar. Klublar iştirak etdikləri turnirləri idarə etmək hüququna sahib olduqlarını vurğulayıblar.

Qeyd edək ki, "Real Madrid", "Barselona" və "Yuventusla yanaşı, İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da turnirdə iştirakını təsdiqləyib. Lakin daha sonra 9 klub layihədən imtina edib. / report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR