x
Loading...
.

Cəlilabadda yük maşını aşdı, sürücü öldü

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, rayonun Zəhmətabad kəndində idarəetmədən çıxan "QAZ-69" markalı yük maşını aşıb. Nəticədə sürücü, Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1990-cı il təvəllüdlü Sadəddin Tağıyev isə müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR