x
Loading...
.

Bu ölkədə maşınlar yanacaq yox, viski ilə işləyir

Şotlandiyanın viski istehsalçısı olan “Glenfiddich” şirkəti maraqlı yeniliyə imza atıb.

Metbuat.az xəbər verir ki, şirkət öz yük avtomobillərinin bioyanacaqla çalışması üçün müəyyən addımlar atıb.

İlk növbədə yük maşınlarında müvafiq avadanlıq və sistemlər quraşdırılıb. Daha sonra isə şirkətin zavodu ərazisində xüsusi bioyanacaqdoldurma məntəqəsi istifadəyə verilib.

Ən maraqlısı isə odur ki, sözügedən bioyanacaq viski istehsalı prosesində əmələ gələn tullantılardan hazırlanır və şirkət üçün demək olar ki, pulsuz başa gəlir.

Qeyd edək ki, “Glenfiddich” ildə 14 milyon şüşədən çox viski satır.

oxu.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR