x
Loading...
.

Sərhəddə gərginlik: Müharibə olacaqmı? - Sabiq korpus komandiri AÇIQLADI

Hər an müharibəyə hazır olmaq, hər hansı təcavüzə cavab vermək Azərbaycan ordusunun vəzifəsidir. Heç bir müharibə gözlənilmir, ciddi problem yoxdur. Ermənilər müəyyən siyasi və digər məqsədlərlə mütəmadi olaraq atəşkəsi pozurlar. Naxçıvan istiqamətində saat 23:00-dan sonra atəşkəs pozulur. Silahdan anlayışı olan hər kəs bilir ki, o saatdan sonra silah istifadə etməklə nəyə nail olmaq olar. Həyatın məntiq üzərində davamiyyəti və nəbzi elə gətirir ki, onlar sülh müqaviləsinə imza atmalıdırlar.

Metbuat.az teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri Üçüncü Ordu Korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, Ermənistan atəşkəsi pozmaqla prosesləri uzatmaq istəyirlər:

"Zəngəzur dəhlizi məsələsi var... Azərbaycan Ermənistanla sərhədləri bərpa edib, mane olmaq istəyirlər. Mane olmaq üçün yeganə üsul atəşkəsi pozmaqdır. Atəşkəs pozulan zaman isə dövlət sərhədində müəyyən gərginliyə səbəb olmaq, Kütləvi Təhlükəsizlik Təşkilatına üzv olan dövlətlərin diqqətini münaqişəyə çəkmək istəyirlər. Başqa ölkələrdə yerləşən erməni diasporlarının imkanları ilə dünyanın diqqətini bu məsələyə cəlb etməyə çalışırlar. Hətta müəyyən yardımlar da almaq istəyirlər".

Sabiq komandir hesab edir ki, hazırda Ermənistan Azərbaycana müharibə elan edəcək, torpaqlarını işğal edəcək, irimiqyaslı əməliyyat keçirəcək gücdə deyil: "Buna səbəb isə ilk növbədə Azərbaycan Silahlı Qüvvələridir. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu nəyə qadir olduğunu göstərib. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev dəmir yumruğun təxribatçı qüvvələrə qarşı sərhəddimizə göz dikənlərə qarşı hər an hazır olduğunu deyib. Düşünürəm ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin verdiyi göstərişlərdən irəli gələn təlimatları ordu rəhbərliyinə çatıdırır. Bu, iş prosesdir. Burada fövqəladə bir şey yoxdur. Azərbaycan Respublikasının müdafiə naziri təbii ki, Ali Baş Komandanın əmrlərini iş prinsiplərinə uyğun olaraq yerinə yetirir. Sərhəddə ciddi gərginlik yoxdur. Mütəmadi atəşkəsin pozulması Azərbaycan ordusunun istər sərhəddə, istər daxildə vəziyyəti nəzarət altına aldığı üçün çox ustalıqla həmin atəş nöqtələri susdurulur. Hazırda Azərbaycan torpaqlarının bütövlüyünə xələl gətirəcək təhlükə yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR