x
Loading...
.

Azərbaycanlı yanğınsöndürənin bu hərəkəti Türkiyədə gündəm oldu - VİDEO

Dünən Türkiyənin Marmaris bölgəsində çıxan şiddətli yanğınlarda Azərbaycan yanğınsöndürənləri də alovun söndürülməsi üçün çalışıb.

Metbuat.az xəbər verir ki, evlərindən birindən çıxan yanğında azərbaycanlı yanğınsöndürən Kamil Dünyamalıyev yanan evdə insan olub-olmadığını yoxlamaq üçün evə girib. Evdə heç kimin olmadığını görən Dünyamalıyev, türk bayrağını alovlar içindən yanan evdən çıxarıb. Onun bu hərəkəti Türkiyədə gündəm olub.

"Yana bilməz bayraq, qoymarıq yansın" deyən Kamil Anadolu agentliyinə müsahibəsində bunları deyib:

"İnsan necə önəmlidirsə, bayraq da o qədər önəmlidir. Türkiyə Azərbaycan həmişə qardaş olub, həmişə də belə olacaq. Son günümüzə, son canımıza qədər Türkiyənin yanındayıq"

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR