x
Loading...
.

Çinin Uhan şəhərində yoluxma artdı - İnsanlar ərzaq toplamağa başladılar

Koronavirus epidemiyasının başladığı Çinin Uhan şəhərində 2020-ci ildən bəri ilk dəfə COVID-19 epidemiyası qeydə alınıb.

Metbuat.az xəbər verir ki, yerli hakimiyyət orqanları ümumxalq olaraq test verməyə hazır olduqlarını bildiriblər. Şəhər rəhbərliyi artıq yoluxma hallarının müəyyən edildiyi ərazini bağlayıb. Şəhərdəki bütün təhsil müəssisələri dayandırılıb. Səhiyyə xidmətləri müəllim və şagirdlərin vaksinasiyasını sürətləndirib. Bəzi metro stansiyaları bağlanıb və sərnişinlərdən yenidən maska taxmaq və temperaturu ölçmək tələb olunur.

Uhan sakinləri mediyaya müsahibəsində deyiblər ki, artıq bir çoxları bayıra çıxmaqdan ehtiyat edir və əvvəlcədən ərzaq ehtiyatı toplamağa çalışırlar. Bəzi şəhər sakinləri, qoyulan məhdudiyyətlərə baxmayaraq, epidemiyanın idarəolunmaz hala gələ biləcəyinə inanırlar.

Yeni bir virus növündən qaynaqlanan pnevmoniya COVID-19 ilk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb. 11 Mart 2020 -ci ildə ÜST vəziyyəti pandemiya kimi xarakterizə edə biləcəyini açıqlayıb. Çinli səlahiyyətlilər və tədqiqatçılar, virusun Uhandan necə yayıldığını hələ də araşdırırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR