x
Loading...

Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi

Məlum olduğu kimi, Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları çoxlu fəsadlar törətməklə fauna və floranı məhv edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan diasporu hər bir məsələdə olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə - milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə malik ölkə, xalq - Türk diasporu ilə birlik və həmrəyliyini göstərməkdə israrlıdır.

Belə ki, bu xüsusda, dünya azərbaycanlıları Türkiyənin “yaşıl donu”nun yenidən bərpa edilməsi məqsədi ilə “hərəmiz bir fidan olaq” adlı kompaniyaya start verib.

Bir sözlə, Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini vermiş olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR