x
Loading...
.

Gəncədə avtomobil yolun kənarında dayanan piyadaları VURDU

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını idarəetmədən çıxıb və ağaca çırpılıb, daha sonra yolun kənarında dayanan iki piyadanı vurub. Nəticədə sürücü 1995-ci il təvəllüdlü Əsədov Anar Gündüz oğlu və piyadalar - 1947-ci il təvəllüdlü Reyhan Qocayeva və 1991-ci il təvəllüdlü Maqsud Əliyev xəsarət alıblar. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR