x
Loading...

SON DƏQİQƏ: İsrail Livana raket zərbələri endirdi - VİDEO

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı raketlərin atıldığı bölgələrə hücum edib.

Metbuat.az Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail təyyarələri Livanın cənubunu vurub. Məlumata görə bu, Livana İsraildən bir gündə edilən dördüncü zərbədir. Bundan əvvəl İsrail artilleriyası sərhəd zolağının atəşə tutulmasına cavab olaraq üç dəfə atəş açıb.


İsrailin müdafiə naziri Beni Qantz Livanla sərhəddə yerləşən BMT-nin sülhməramlı kontingentinə bununla bağlı kəskin etirazını bildirib.

Qeyd edək ki, İsrail 17 ildən sonra ilk dəfə Livana hava zərbələri endirib. Hazırda İsrail Hava Qüvvələri İranın dəstəklədiyi ən böyük şiə qrupu olan Hizbullahın mövqelərini bombalayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR