​İran xəbərdarlıq etdi: Bizi təhdidlərinizlə sınamayın

“Bizi təhdidlərinizlə sınamayın”.

Metbuat.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin bəyanatında İsrailə belə xəbərdarlıq edilib. Açıqlamaya görə, əsassız təhdidlər qərbin İsrailə dəstəyindən irəli gəlir. “İrana qarşı atılacaq hər cür axmaq addıma qəti cavab veriləcək” -deyə açıqlamada bildirilir.

Qeyd edək ki, İsrail Oman dənizində neft tankerinə edilmiş hücuma görə İranı ittiham edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR