x
Loading...

Tokio-2020: Azərbaycan 8 pillə irəlilədi

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 21 növ üzrə mübarizə gedib.

Metbuat.az-ın məlumatına görə, daha 25 dəst medal atletika, çimərlik voleybolu, boks, velosiped idmanı, futbol, otüstü xokkey, karate, müasir pentatlon, idman dırmanması, stolüstü tennis və güləşdə sahiblərini tapıb. Beləliklə, 293 dəst medala 89 ölkənin idmançıları yiyələnib.

Bu gün ilk gümüş medalını qazanan Azərbaycan 8 pillə irəliləyib. Hazırda olimpiya komandası 1 gümüş, 3 bürünc medalla Monqolustanla birlikdə 69-cu sıranı bölüşdürür.

Siyahıya 79 (36 qızıl, 26 gümüş, 17 bürünc) medalla Çin başçılıq edir.

98 (31 qızıl, 36 gümüş, 38 bürünc) medal qazanan ABŞ kəmiyyətcə 1-ci, keyfiyyətcə 2-ci sırada yer alıb. Medal əyarında 3-cü yeri isə 24 "qızıl", 11 "gümüş" və 16 "bürünc"lə Yaponiya tutur.

1 qızıl, 1 gümüş, 5 bürünc medalı olan Türkiyə isə 7 pillə irəliləyərək, 43-ci sırada yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR