Vətən Müharibəsi Əlillərinin Ali Məhkəməyə infoturu təşkil edilib -

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin və Azərbaycan Respubilkasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə Qazilərin hüquqi maarifləndirilməsi yönümündə Ali Məhkəmədə infotur keçirilib.

Metbuat.az xəbər verir ki, infoturda Ali Məhkəmənin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri iştirak edərək çıxış ediblər. İnfoturda çıxış edənlər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına diqqət və qayğı yönümündə həyata keçirdikləri uğurlu fəaliyyətədən, hüquqi maarifləndirmənin əhəmiyyətindən söz açıblar.

İnfoturla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Hüquqi Məsələlər üzrə sədr müavini Məcid Məmmədov mətbuata açıqlamasında qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründənə sağlamlığını itirmiş Qazilərimizin hüquqi maarifləndirilməsini vacib hesab edərək Ali Məhkəmə rəhbərliyi ilə birlikdə 30 Qazinin hüquqi dinləməsini həyata keçiriblər. Məcid Məmmədov onu da bildirib ki, bu cür hüquqi maarifləndirmə yönümündə infoturu təşkil etməkdə əsas məqsəd qazilərimizi hüquqi cəhətdən məlumatlandırmaq və bu yöndə ictimai töhfələr verməkdir. Birlik tərəfindən şəhid ailələri və qazilər, müharibə içtirakçıları ilə bağlı gələcəkdə də bu sayaq hüquqi maarifləndirmə tədbirlərin davam etdiriləcəyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR