"Qəbələ" Azərbaycanın ən yaxşı komandası olmaq istəyir". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukrayna mətbuatına danışan mütəxəssis Çempionlar Liqasında oynamaq arzusunda olduğunu bildirib: "Qəbələ" Çempionlar Liqasında oynamaq istəyir. Bu mənim də arzumdu. Mən titullar qazanmağı arzulayıram. Burada məsələ heç də pulda deyil".
Fanat.az