Deputat Fazil Mustafa bu qurumla bağlı SƏRT SÖZLƏR:

"Məsələ pulun hara getməsində deyil, vətəndaşı kasıblaşdıracaq mexanizmin qabağını almaq lazımdır. Dövlətin hesabına keçən pulda da korrupsiyanın izləri olur. BNA qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur".

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa "Facebook" hesabında yazaraq bildirib. Millət vəkili qeyd edib ki, bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır.

"Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? Yaxud ucuz parkinq yaratmamısansa, niyə cərimə yazmalısan? Yəni bu kimi məsələlərdə vətəndaşın dirənişi olmalıdır. Düşünməlidir ki, qonşu onun nömrəsi haqda danışacaq deyə niyə nömrə üçün əlavə pul vermək nəyə lazımdır? İnsana ağlına görə qiymət verirlər. Narkoman da bahalı maşın sürə, nömrə ala bilər, nə olsun? Onda deyəcəklər ki, bu insan şəxsiyyətli adamdır?" Fazil Mustafa belə şərh edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR